Məscid partladıldı, ölənlər varbackend

Məscid partladıldı, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada məsciddə baş verən partlayışda 11 nəfər ölüb, 17 nəfər yaralanıb.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya aparılarkən, neft barabanını partladan şəxs saxlanılıb.

Partlayışda ölən və yaralananlarla bağlı məlumat verən səlahiyyətlilər, can itkisinin artacağından narahat olduqlarını bildiriblər.

Kano Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Haruna verdiyi yazılı şərhdə, ilkin tapıntılara görə, dünən əyalətin Gezawa bölgəsindəki Laraba Abasawa kəndində səhər namazı zamanı neft barabanından qaynaqlanan partlayışın baş verdiyini bildirib.