Dünyada gözlənilən ömür uzunluğu 5 il artacaq amma…backend

Dünyada gözlənilən ömür uzunluğu 5 il artacaq amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada gözlənilən ömür uzunluğunun 2022-2050-ci illər arasında təxminən 5 il artacağı gözlənilir.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ən yüksək artım gözlənilən ömür uzunluğunun ən aşağı olduğu bölgələrdə müşahidə olunacaq.

Yeni araşdırmanın mühüm tapıntılarından biri odur ki, gözlənilən ömür uzunluğu artsa da, bu illər sağlam şəkildə keçməyəcək.

Araşdırmaya görə, bu illər arasında insan ömrü kişilər üçün 4,9 il, qadınlar üçün isə 4,2 il artacaq. Qadınlar üçün gözlənilən ömür uzunluğu 76,2 yaşdan 80,5 yaşa, kişilər üçün isə 71,1 yaşdan 76 yaşadək artacaq.

2021 Qlobal Xəstəlik Yükü Araşdırmasında 204 ölkədə risk faktorları araşdırılıb. Araşdırmada ən yüksək artımın ən aşağı ömür uzunluğuna malik bölgələrdə müşahidə ediləcəyi qeyd edilib. Bu proqnoza görə, ölkələr arasında gözlənilən ömür fərqi azalacaq.

Yeni araşdırmanın mühüm tapıntılarından biri odur ki, gözlənilən ömür uzunluğu artsa da, bu illər sağlam şəkildə keçməyəcək. Araşdırmaya görə, “sağlam ömür uzunluğu” 2022-ci ildən 2050-ci ilə qədər cəmi 2,6 il, 64,8 yaşdan 67,4 yaşa qədər artacaq. Bu artım gözlənilən ömür uzunluğunun demək olar ki, yarısına uyğundur.