Tokio-2020: Üzgüçülərimiz mübarizəni dayandırdıbackend

Tokio-2020: Üzgüçülərimiz mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.

TİA.AZ-ın məlumatına görə, idmançı təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.

Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.