Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.
“Report”un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.