Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri: “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdirbackend

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri: “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, şikayət indeksi ötən ilin aprelindən bu ilin mart ayına qədər olan dövrü əhatə edir.

Belə ki, ən çox şikayət edilənlər arasında “Xalq Sığorta” 4,27, “Bakı Sığorta” 2,57 və “AtaSığorta” isə 1.62 indekslə ilk üçlükdə qərarlaşıb.

Bundan əlavə,  “Paşa Sığorta” 0,93, “Atəşgah Sığorta” 0,90, “Meqa Sığorta” 0,64, “Qala Sığorta” 0,50 və “Azərbaycan Sənaye Sığorta” 0,40 indekslə şikayət olunanlar sırasında yer alıb.

Sığortaçılar Şikayət indeksi
“Xalq Sığorta” ASC 4.27
“Bakı Sığorta” ASC 2.57
“AtaSığorta” ASC 1.62
“Paşa Sığorta” ASC 0.93
“Atəşgah Sığorta” ASC 0.90
“Meqa Sığorta” ASC 0.64
“Qala Sığorta” ASC 0.50
“Azərbaycan Sənaye Sığorta” ASC 0.40

 

  • yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan)
  • orta şikayət indeksi
  • aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan)

Qeyd edək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır.  Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.