Suriyada Rusiya qırıcısı qəzaya uğradıbackend

Suriyada Rusiya qırıcısı qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-30SM qırıcısı qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Hadisə təyyarənin “Hmeynim” aviabazasından havaya qalxdıqdan sonra, Aralıq dənizi hövzəsində baş verib.

Qəza nəticəsində iki pilot ölüb.

Ehtimal edilir ki, qəzaya qırıcının mühərrikinə quşun düşməsi səbəb olub.