Sumqayıtda məktəb stadionunda “novostroyka” tikilir? – AÇIQLAMA (FOTO)backend

Sumqayıtda məktəb stadionunda “novostroyka” tikilir? – AÇIQLAMA (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sosial şəbəkələrdə Sumqayıtda 4-cü mikrorayonda məktəb stadionunda hündürmərtəbəli bina tikiləcəyi ilə  bağlı məlumatlar yayılıb. Bildirilir ki, artıq əraziyə texnika cəlb  edilib və ölçmə-biçmə işləri aparılır. Sözügedən mikrorayonda 14 nömrəli orta ümumtəhsil məktəbi yerləşir və stadion da həmin  təhsil müəssisəsinin idman qurğusu hesab edilir. Bu da vətəndaşların narazılığına səbəb olub.
Amma tikintini aparan şirkətin nümayəndələri tərəfindən vətəndaşlara stadion ərazisində 20 saylı məktəb üçün  bina tikiləcəyi bildirilib. Sumqayıt şəhərində 20 saylı məktəbin mövcud olması isə vətəndaşlar arasında çaşqınlıq yaradıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu Alıyeva ilə əlaqə saxladıq. A. Allyeva Xeberle.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi: “14 saylı məktəbin yaxınlığında 20 saylı yeni məktəb binası tikilir. Sumqayıtda hazırda 20 saylı məktəb yoxdur. Əvvəl olub, lakin sonradan məktəbin nömrəsi alınaraq general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya adı verilib. Bu səbəəbdən də yeni tikiləcək məktəb 20 saylı məktəb olacaq”.