Sülhməramlıların Qarabağda nə işi var? — Zatulinbackend

Sülhməramlıların Qarabağda nə işi var? — Zatulin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni əhalisi Qarabağı tərk etdikdən sonra Rusiya sülhməramlılarının bölgədə olma səbəbləri azalıb.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib.

O bildirib ki, Bakı qoşunların çıxarılması məsələsini gündəmə gətirməyib ki, Rusiya bunu məğlubiyyəti kimi qəbul edilməsin:

“Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Azərbaycan rəhbərliyi sülhməramlıların geri çəkilməsi ilə bağlı məsələni ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt, hərbçilərimizin Rusiyadan kənarda ölkəyə vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri daha da azalıb”, — o bildirib.