Şimali Koreya hipersəsli raketini sınaqdan keçirdi: Yaponiya etiraz etdibackend

Şimali Koreya hipersəsli raketini sınaqdan keçirdi: Yaponiya etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
KXDR yanvarın 5-də hipersəsli raketini sınaqdan keçirib. 
TİA.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.
Atışdan sonra raket “700 km məsafədəki hədəfi dəqiqliklə vurub”.
NHK telekanalının məlumatına görə, düşmə yeri, ilkin hesablamalara görə, Yaponiyanın eksklüziv iqtisadi zonasından kənardadır. Bununla belə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib ki, Şimali Koreyaya Pekindəki səfirlik vasitəsilə kəskin etiraz bildirilib.
KXDR sonuncu dəfə 2021-ci ilin oktyabrında raket sınaqları keçirib.