Şakira İsraildə verəcəyi konserti ləğv edibbackend

Şakira İsraildə verəcəyi konserti ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UNİSEF-in xoşməramlı səfiri, Kolumbiya əsilli ABŞ müğənnisi Şakira İsrailin Təl-Əviv şəhərində verəcəyi konserti ləğv edib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bu ilin iyunun 9-da İsraildə müğənninin konserti planlaşdırılıbmış.

Şakira mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən minlərlə fələstinlinin Qəzza zolağında İsrail ordusu tərəfindən atəşə tutulmasııan etiraz olaraq belə bir addım atıb.

Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.