SAHİL BABAYEVIN “RÜŞVƏTLƏ MÜBARİZƏ” SEHİRBAZLIĞI: YEZNƏ-QAYIN ŞİRKƏTİNƏ 1.2 MİLYON NİYƏ AYRILIB? – EKSPERTLƏR AÇIQLADIbackend

SAHİL BABAYEVIN “RÜŞVƏTLƏ MÜBARİZƏ” SEHİRBAZLIĞI: YEZNƏ-QAYIN ŞİRKƏTİNƏ 1.2 MİLYON NİYƏ AYRILIB? – EKSPERTLƏR AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu “rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi kimi “Ekvita Consulting” MMC şirkətini seçib. TİA.Az xəbər verir ki, qalib şirkətə 30 min manat ödəniləcək. Bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilmişdi. Şirkətin direktoru İlqar Mehti adlı şəxsdir. Məlum olub, o həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla yeznə-qayındır.
Nazirliyin DSMF-i həmin şirkətdən iyulda 52 000 manatlıq maliyyə məsləhəti alıbmış.
Avqustda isə həmin nazirliyin Dövlət Məşğulluq Agentliyi həmin şirkətdən 920 000 manatlıq peşə standartları hazırlanması barədə məsləhət alıbmış.
Nazirliyin DOST agentliyi keçən il həmin şirkətə 120210 manatlıq məsləhət xidməti göstərib. Hansı məsləhət göstərdikləri yazılmayıb, sadəcə “məsləhət” verəcəklərmiş.
Deyəsən Sahil Babayevin ən çox sevdiyi atalar sözü “Məsləhətli don gen olar” sözüdür. Şirkət də məsləhətli şirkət imiş, bir nazirlikdən 3 məsləhət tenderinə 1 milyon manatdan çox pul ala bilibsə, nə gözəl.
İndi nazir müavini ilə yeznə-qayın şirkət rəhbəri 1 milyon 120 000 tender alandan sonra oturub məsləhətləşəcəklər ki, korrupsiya ilə necə mübarizə aparaq?
İctimai fəal Bəxtiyar Hacıyevin sözlərinə görə, indi də məlum olur ki, Sahil Babayevin müavininin yeznə-qayın şirkəti Dünya Bankından kredit hesabına reallaşdırılan, 100 milyon dollarlıq “Məşğulluğa Dəstək Layihəsi”nin bir, yaxud bir neçə komponentini icra edir.
Deyilənə görə bu layihədən də nazirlik şirkətə 10 milyon dollara yaxın pul verəcək:” Şəxsən inanmıram, məsləhət deyil ki, belə çox pul tutsun.

Fazil Talıbov müəllim, bəlkə siz açıqlayasınız, Dünya Bankı ilə reallaşdırılan “Məşğulluğa Dəstək Layihəsi”nin hansı komponentlərini “Ekvita”ya vermisiniz və neçə milyon dollarlıq hissəsini? 10 milyon dollar doğrudursa, o zaman nazirlikdən qohum əlaqələri ilə 20 milyon manata yaxın vəsait alan şirkət korrupsiyaya qarşı mübarizədə sizə nə məsləhət verə biləcək?”

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, nazir Sahil Babayev o 30 min manatı ehtiyacı olan 30 ailəyə yardım kimi paylasın:” Sizə rüşvətxorluqla mübarizənin əsas sirrini pulsuz-parasız deyəcəm, hazırsınız?! Diqqətlə dinləyin, ətrafınıza da deyin: Rüşvətxorluqla mübarizənin əsas yolu odur ki, nə özünüz, nə də ətrafınız bu işlə məşğul olmursunuz – vəssalam! Məsələ həll olundu, indi müqaviləni ləğv edin, 30 mini ehtiyacı olanlara paylayın”.

TİA.Az