Rusiyada ölüm səviyyəsibackend

Rusiyada ölüm səviyyəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bölgələr üzrə ölüm səviyyəsinin statistikası açıqlanıb.

Novator.az-ın məlumatına görə, statistikaya əsasən, ölkədə ən çox ölüm halı Pskov, Novqorod, Tver, Tula və İvanovo vilayətlərində qeydə alınıb.

Ən aşağı ölüm göstəricisi isə İnquşetiya, Çeçen və Dağıstan respublikalarında, Yamalo-Nenets və Xantı-Mansı muxtar mahallarındadır.

Hesabata görə, 2017-ci ildə Rusiyada əhalinin hər 1000 nəfərinə 12,4 ölüm halı düşüb. Bunun əvvəlki illə müqayisədə 3,9% az olduğu vurğulanır.

Ekspertlər ölkənin 79 subyektində ölüm halının azalmasını vətəndaşların vaxtında tibbi müayinədən keçməsi və həyat səviyyəsinin yaxşılaşması ilə bağlayırlar.

Rusiyanın Qafqaz bölgələrində ölüm göstəricisinin aşağı səviyyəsi iqlim şəraiti, tibbi yardımın keyfiyyəti və spirtli içkidən az istifadə olunması ilə əlaqələndirilir. Ekspertlər deyirlər ki, bu bölgədə daha az alkoqol qəbul olunduğu üçün daha az zəhərlənmə və yol qəzaları baş verir.