Rusiyada “O bizə çar deyil” aksiyası başladıbackend

Rusiyada “O bizə çar deyil” aksiyası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirsk şəhərində “O bizə çar deyil” mitinqi başlayıb. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, Ob çayının sahilində keçirilən aksiyaya 300 nəfərə yaxın etirazçı toplanıb.

Bildirildiyinə görə, yağan yağış aksiyada daha çox adamın iştirakının qarşısını alıb, lakin yerli sakinlər III Aleksandrın heykəlinin qarşısına toplaşmaqda davam edirlər.

Mitinq şəhər hakimiyyəti ilə razılaşdırılmayıb. Meriya aksiya iştirakçılarına saat 15:00-da yürüş keçirməyə icazə versə də, müxalifət nümayəndələri bununla razılaşmayıblar.

Meydanda polis əməkdaşlarının növbə çəkdiyi, iki polis avtobusunun dayandığı qeyd olunur.

Xatırladaq ki. aksiya müxalifətçi Aleksey Navalnı tərəfindən təşkil edilib və Rusiyanın bir çox şəhərlərində keçiriləcək.