Azərbaycan XİN rəhbəri: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülübbackend

Azərbaycan XİN rəhbəri: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən bu gün regiondakı post-münaqişə reallıqları barədə ATƏT sədrinə məlumat verdim.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”, – nazir əlavə edib.