“Rusiya müharibədə Ukraynaya qalib gələ bilməz” – Arestoviçbackend

“Rusiya müharibədə Ukraynaya qalib gələ bilməz” – Arestoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidentinin ofisinin odioz müşaviri Aleksey Arestoviç Rusiya ilə Ukrayna arasında tammiqyaslı hərbi münaqişə olacağı təqdirdə nəticə barədə növbəti proqnoz verib. O, özünü hərbi ekspert kimi qələmə verməkdən çəkinmir.

«Ukrayna 24» telekanalının efirindən noyabrın 1-də çıxış edərkən o, bəyan edib ki, Rusiya silahlı qüvvələri tammiqyaslı müharibə olacağı təqdirdə Ukrayna ordusuna qalib gələ bilməyəcək.

«Rusiyalılar sadəcə, bizə qalib gəlmək gücündə deyillər. Amma orada dəhşətli «ət maşını» olacaq, onlar öz siyasi tapşırıqlarını hərbi yolla həll edə bilməyəcəklər, yalnız böyük hərbi itkilər əldə edəcəklər» – Arestoviç deyib.

O, hesab edir ki, Ukrayna üçün iqtisadi təhlükə daha qorxuludur, nəinki hərbi hücum.

Qeyd edək ki, Arestoviç ilk dəfə deyil ki, bu barədə optimist proqnoz verir.