Ronaldu Avropada ən pis nəticə göstərdibackend

Ronaldu Avropada ən pis nəticə göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının üç qarşılaşmasında rəqib qapılarına 23 zərbə endirsə də, bir qola belə imza atmayıb.

Oxu.Az “Goal”a istinadla xəbər verir ki, bu, Avropada ən pis nəticədir.

Qeyd olunan göstəriciyə görə ikinci yeri “Nant”ın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun endirdiyi 15 zərbənin heç biri qolla nəticələnməyib.

Sonrakı yerlərdə “Kristal Pelas”dan Kristian Benteke (13), “Monpelye”dən Endi Delor (12) və “Lion”dan Nabil Fekir qərarlaşıblar.

İtaliya çempionatının üç oyununda Ronaldu bir məhsuldar ötürmə ilə yadda qalıb.