Robert Pattinson övladının cinsiyyətini açıqladıbackend

Robert Pattinson övladının cinsiyyətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhurlar dünyasının sevimli cütlüklərindən biri olan Suki Uoterhaus və “Alatoran” filminin ulduzu Robert Pattinson bir müddət əvvəl uşaq dünyaya gətirib. Coachella-da çıxış edən Waterhouse körpənin cinsini açıqlayıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,2018-ci ildən aktyor Robert Pattinson ilə birlikdə olan Suki Waterhouse bir müddət əvvəl ilk dəfə ana olmaq sevincini yaşayıb.

Ötən həftələrdə körpəsi ilə ilk pozasını izləyiciləri ilə paylaşan və “Dünyaya xoş gəldin, mələk” yazan Waterhouse Coachella-da səhnəyə çıxıb.

Konsertdə çəkilən videoda məşhur ad “Bəziləriniz bilirmi bilmirəm, amma son zamanlar həyatımda böyük dəyişikliklər oldu, olduqca böyük hadisələr baş verir” deyərək körpəsinin cinsini də açıqlayıb.

“Mən gözəl qadınları sevirəm və çox şanslıyam ki, öz kiçik gözəl xanımım var və həyatımın eşqinə rast gəldim”, – Suki Waterhouse Pattinsonla bir qız övladı olduğunu açıqlayıb.