Rəşad Dağlıdan danışan Ataş: “Elə deyil, əzizlərim” – VİDEObackend

Rəşad Dağlıdan danışan Ataş: “Elə deyil, əzizlərim” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neçə gündür ki, biz yatmırıq, işlər gah belədir, gah elə… Hərə bir şey danışır. Hamıdan xahiş edirəm. Buradan sizə səslənirəm: instaqramın, tiktokun “like”larına getməyin. Ötən gün Rəşadın atası hardansa “Bariqa” söhbətini eşidib. Elə deyil, əzizlərim. Rəşadın qardaşı Ağa ilə mən ona dedik ki, bu ola bilməz”.
TİA.AZ xəbər verir ki, bu sözləri prodüser Ataş Hüseynov deyib. “Ümid ilə gəl” verilişinə qonaq olan Hüseynov, yayılan yanlış məlumatların Rəşad Dağlının ailəsi ilə qətlə yetirdiyi İskəndər Mehtiyevin yaxınları arasında nifaq yaratdığını deyib:

“Onlar bizi bağışlayırlar, bu qanı yatızdırırlar, siz yenə bu tiktokun hesabına qaldırırsınız. Mən əgər bu hadisənin 2 saat öncə bilsəydim, bunlar olmayacaqdı. Gedib o qapıda ikisindən birini başa salardım, qoymazdım, qabaqlarına keçərdim, bu münaqişə söhbətin içində baş verib. Hanısa bir söhbətə aydınlıq gətirmək istəyiblər, nəticədə belə olub”.
Ətraflı videoda: