Qiymət qalxır, ancaq görün ətin içinə nə qatırlar

Qiymət qalxır, ancaq görün ətin içinə nə qatırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər artan saxta qidalara yenisi əlavə edilib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, ət məhsulları, pendir, yağ, bal kimi qidaların tez-tez saxtalaşdırıldığının şahidi olduq.

Qazanc məqsədi ilə həyata keçirilən fırıldaqların xalq sağlamlığı üçün böyük təhlükə yaratdığı iddia edilir. Fırıldaqçılığın yeni nümunəsi “mexaniki qiymə” dələduzluğudur. Bir çox insan bu terminin nə demək olduğunu düşünür.

Ət məhsulları üzərində aparılan yoxlamalar nəticəsində ortaya çıxan bir çox nəticə görənləri şoka salır. Bu yoxlamalar nəticəsində diqqət çəkən məqamlardan biri də mexaniki qiymə hiyləsidir.

İstehlakçı sağlamlığını təhdid edən bu hiylənin təfərrüatları:

Daha az xərclə daha çox ət istehsal etmək üçün mexaniki qiymə üsulundan istifadə edilir. Mexanik qiymənin ən çox istifadəsi hazır ət məhsullarında və işlənmiş qidalarda olur. Toyuq, hinduşka dərisi, qanad ucları, boyun, sümük qişası, damarlar, sinirlər, qan laxtaları və əzələlər kimi hissələrin maşında doğranmasıdır.

Bu proses zamanı ətin nazik lifləri və yağlı toxumaları da qiymənin tərkibinə daxil edilir. Mexanik qiymə ət ümumiyyətlə daha incə bir quruluşa malikdir. Bu səbəblə burger, kolbasa və nugget kimi işlənmiş qidaların istehsalında üstünlük verilir. Bəzi müəssisələr bu qiyməyə soya əlavə edərək qazanc əldə etməyə çalışırlar.

 

Dəniz Pənahova