“Qarabağ torpağı onların qanları ilə yenidən Vətən oldu…” – Türkiyə millət vəkilindən təsirli çıxış (VİDEO)backend

“Qarabağ torpağı onların qanları ilə yenidən Vətən oldu…” – Türkiyə millət vəkilindən təsirli çıxış (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin dünənki toplantısında Milliyyətçi Hərəkat Partiyasından millət vəkili Tamer Osmanağaoğlunun çıxışı maraqla qarşılanıb.

“AzPolitika.info” xəbər verir ki, o gündəlikdəki məsələ ilə bağlı danışmazdan əvvəl Azərbaycan Ordusunun Qarabağ zəfərindən bəhs edib. T.Osmanağaoğlu nitqinə bu sözlərlə başlayıb: “Salam olsun, Qarabağ torpaqlarını mübarək qanları ilə suvaran 2783 şəhidimizə! Qarabağ torpağı onların qanları ilə yenidən Vətən oldu. Sinəmizdə 30 ildir qapanmayan Qarabağ yarasını onlar bağladı. Hər birinin mərtəbəsi şəhadət, məkanları cənnətdir”.

Millət vəkili çıxışına Türk dünyasının böyük şairi Mithat Camal Kuntayın XX əsrin əvvəllərində yazdığı məşhur şerdən bu misra ilə davam edib:

Bayraqları bayraq yapan üstündəki qandır.

Torpaq, əgər uğurunda ölən varsa, Vətəndir!

Bir əsr öncə Azərbaycan torpaqlarını Vətən yapmaq üçün şəhid olan, Bakı şəhidliyində yatan övladlarımızın yatdığı məqbərlərin keşiyini çəkən əsgərlərə salam olsun!

Dünən Türkiyədən gedən şanlı Türk əsgərinin heybətli yürüşlərini o şəhidlikdə yatan şəhidlərimiz də qürurla seyr etdilər. Ruhları şad olsun!

Salam olsun, Dağlıq Qarabağın Xarı bülbülünə! Salam olsun, Azərbaycanın al-bəyaz lalələrinə! Qarabağda öz vətənlərində böyüyəcək balalarına, yaşlısına, gəncinə salam olsun!”

Millət vəkili işğaldan azad edilən rayonları da xatırlatmağı unutmayıb. “Kəlbəcərə, Laçına, Şuşaya Füzuliyə, Ağdama salam olsun! Azərbaycan əsgərlərinin yazdığı dastana, igidlərinə salam olsun! Türkə tor quranlardan hesab soranlara salam olsun!” – Osmanağaoğlu vurğulayıb.