“Qala Sığorta” nın yığımları azalmaqda davam edir – 4 milyon manatlıq azalmabackend

“Qala Sığorta” nın yığımları azalmaqda davam edir – 4 milyon manatlıq azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-fevral aylarında “Qala Sığorta” şirkətinin yığımları 9 milyon 265 min manat olub.

Tribunainfo.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,8%, yaxud da 4 miyon 126 min manat azdır.

Hesabat dövründə şirkətin ödənişlərinin dəyəri 1 milyon 706 min manat olub, bu, illik müqayisədə 19,8%, yaxud da 282 min manat çoxdur.
Xatırladaq ki, “Qala Sığorta” 2023-cü ili 9,89 milyon manat xalis mənfəətlə bitirib.

Bu əvvəlki ilə nisbətən 6,4% və ya 674,6 min manat azdır. Halbuki, sığorta şirkəti 2022-ci ili 10,57 milyon manat xalis mənfəətlə bitirmişdi.