Qadağa götürüldü: Yaşlılar küçəyə axın etdibackend

Qadağa götürüldü: Yaşlılar küçəyə axın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə koronavirus pandemiyasının yayılması ilə əlaqədar təqbiq edilmiş qadağa yumşaldılıb.

Saat 11.00-dən 15.00-ə qədər 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxmasına icazə verilib.

TİA.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, 50 gündür evdən çıxmayan ahıl insanlar şəhərin mərkəzinə axın ediblər. İstanbulun Sultanqazi meydanı, Beyoğu, Kasımpaşa, Dolapdere məhəllələrində yaşlı insanlar gəzintiyə çıxıb.

“50 gündür evdən çıxmıram. Bu qədər vaxtdan sonra küçəyə çıxmaq çox gözəldir. 83 yaşım var, özüm üçün qorxmuram. Ancaq insanları yoluxdurmamaq üçün evdə qalmaq lazımdır”-deyə, Tahsin Güneş adlı yaşlı vətəndaş bildirib.