Putinə qalib gəlmək üçün: Evdən işləyin, az maşın sürün, kondinsioneri söndürünbackend

Putinə qalib gəlmək üçün: Evdən işləyin, az maşın sürün, kondinsioneri söndürün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Birliyi vətəndaşlarını Rusiya qazından asılılığı azaltmaq üçün az maşın sürməyə, kondinsionerləri söndürməyə və həftədə 3 gün evdən işləməyə çağırıb.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin “Öz rolumu oynayıram” adlı 9 bəndlik planında qeyd edilib.
Beynəlxalq Enerji Agentliyi ilə birgə hazırlanan tədbirlər planının ailələrə 450 avro qənaət etməyə imkan verəcəyi bildirilir.
Avropanın Rusiyadan qaz alması Rusiya iqtisadiyyatını ayaqda saxlamağa və müharibəni maliyələşdirməyə kömək edir. Buna görə Avropa rəsmiləri tənqidlərə məruz qalsa da, qaz idxalı üçün kifayət qədər alternativ mənbələr tapa bilmirlər. Ona görə də hazırda vəziyyətdən çıxış yolu kimi rəsmilər əhalini vərdişlərini yeni reallığa uyğunlaşdırmağa çağırır.
9 bəndlik “öz rolumu oynanıram” adlı plan Avropa Birliyi vətəndaşlarını bunları etməyə çağırır: Daha çox ictimai nəqliyyatdan istifadə et, az maşın sür, həftədə 3 gün evdən işlə, qışda evləri çox isitmə, yayda kondinsionerləri söndür, az yanacaq işlətmək məqsədilə maşını aşağı sürətlə sür və kondisioneri işlətmə, hava nəqliyyatı əvəzinə qatarlardan istifadə elə, gəz və ya velosiped sür.
Vətəndaşlar həmçinin maşınsız həftə sonları keçirməyə dəvət edilir.
“Bu təlimatda bizə kiçik və ya heç bir narahatlıq yaratmadan Rusiya ordusuna pul axınını azalda biləcək və bizə daha təmiz və dayanıqlı planetə gedən yola başlamağa kömək edəcək asan addımlar yer alıb”, – Beynəxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyir.
BEA-nın hesablamalarına görə, əgər vətəndaşlar təlimatlara əməl etsələr, bu, hər il 220 milyon barel neftə qənaət edər. Bu, həmçinin 20 milyon evi qızdıra biləcək 17 milyard kub metr təbii qaza qənaət deməkdir.
Qeyd edək ki, mart ayında AB 2030-ci ilə qədər birliyi Rusiya enerji idxalından tam azad etmək barədə qərar qəbul edib.