“PSG Finans” 20 min manat cərimələnəcək  – SƏBƏBbackend

“PSG Finans” 20 min manat cərimələnəcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı özündə olan məlumatları saxlamadığına, üçüncü şəxslərə ötürülməsinə ötürülməsinə görə cərimə edilib.

Tribunainfo.az xəbər verir ki, BOKT İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əlehyinə olan 598.1.1-ci maddəsinin tələbini pozub. Tələbi pozulan maddədə göstərilir ki, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

“PSG Finans”la bağlı işə 26 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar