Prezident bu şəxsləri “Dostluq” ordeni ilə təltif etdibackend

Prezident bu şəxsləri “Dostluq” ordeni ilə təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Ölkə başçısı “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli “Dostluq” ordeni ilə təltif edib.
Ölkə başçısı imzaladığı digər sərəncamla Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.  Sərəncamda bildirilir ki, Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif edilib.