Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarıldıbackend

Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan ordusunda daha bir general istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, bu gün Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə korpus komandiri, general-mayor Jirayr Poqosyan tutduğu vəzifədən azad edilib.
Poqosyan Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun komandiri vəzifəsini daşıyırdı. O bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.
Jirayr Poqosyan baş nazir Nikol Paşinyana müxalifətdə dayanan generallarandır. O, bir müddət əvvəl Nikol Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbçilər arasında o da var idi.
Poqosyan həm də “Qarabağ klanı”na yaxın şəxs sayılır. O, 1998-1999-cu ildə qondarma Dağlıq Qarabağ Respublikasının “baş nazir”i olub.
Ehtimal olunur ki, Poqosyanın istefaya göndərilməsi ordunun “Qarabağ klanı”na, eyni zamanda Rusiyanın tamamilə nəzarətində olan fiqurlardan təmizlənməsi prosesinin tərkib hissəsidir.