Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
TİA.AZ aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, – deyə Paşinyan vurğulayıb.