On bir mindən çox hərbçiyə “Xocavəndin azad olunmasına görə” medalı verilibbackend

On bir mindən çox hərbçiyə “Xocavəndin azad olunmasına görə” medalı verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 831 hərbi qulluqçu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Təltif olunanların 1-i general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.