Nobel mükafatı seks qalmaqalına görə ləğv olundubackend

Nobel mükafatı seks qalmaqalına görə ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il ədəbiyyat sahəsində Nobel mükafatı verilməyəcək. Gələn il isə ikisi birdən veriləcək.

Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, İsveçin Kral Akademiyası bu qərara seks qalmaqalından və məlumatların sızmasından sonra gəlib. “Bütün dünyada akademiyaya inam azalıb”, – qurumdan verilmiş bəyanatda deyilir.

Ötən ilin noyabr ayında birdən-birə 18 qadın isveçli şairə, 1992-ci ildən akademiyanın üzvü olan Katarina Frostensonun ərini – fotoqraf Jan-Klod Arnonu əxlaqsız təkliflər etməkdə ittiham etmişdilər. Onların sözlərinə görə, bu təkliflər akademiyanın binasında səslənmişdi.

Qalmaqaldan sonra Nobel mükafatlarını təqdim edən üç akademiya üzvü istefa vermiş, İsveç kralı Karl XVI Qustav isə akademiyanın nizamnaməsini dəyişmişdi.