Nəsimi rayonunda qələbənin 76-cı ildönümü qeyd olunubbackend

Nəsimi rayonunda qələbənin 76-cı ildönümü qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunub.

TİA.AZ xəbər verir ki, qələbə günü ilə bağlı rayondakı “1941-1945” abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları və veteranların iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları tərəfindən “1941-1945” abidəsinin  önünə əklil və tər çiçəklər qoyulub.

Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdıraraq bildirilib ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri var. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərakatına çevrilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınıb.

Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstəriblər.

Tədbirin sonunda  İcra Hakimiyyəti tərəfindən veteranlara ərzaq yardımları edilib.