NASA açıqladı: Yer kürəsinin zəhərlənmə təhlükəsi varbackend

NASA açıqladı: Yer kürəsinin zəhərlənmə təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş NASA alimi xəbərdarlıq edib ki, İlon Maskın Starlink peykləri Yerin maqnit sahəsini aşındıra və yavaş-yavaş hamımızı zəhərləyə bilər.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, keçmiş NASA fiziki xəbərdarlıq edib ki, İlon Maskın Starlink kimi meqapeyk şəbəkələri Yerin maqnitosferini poza və bütün bəşəriyyəti ölümcül kosmik şüalara məruz qoya bilər.

Doktor Sierra Solter-Hunt iddia edir ki, peyklər hər saatda 1,3 tondan çox peyk tullantıları ilə Yer atmosferini aşır və orbitdə “keçirici hissəciklərdən” ibarət metal təbəqə yaradır. Astronomların bu ilin mart ayında etdiyi son hesablamaya görə, hazırda orbitdə 5504 Starlink peyki var və onlardan 5442-si işləyir. Bununla belə, daha on minlərlə işə salınması planlaşdırılır.

O, bunun “ekstremal hal” olduğunu qeyd etsə də, yüklü metal tozunun belə bir təbəqəsi Mars və Merkurinin taleyinə bənzər “atmosfer eroziyasına” səbəb olacağını söylədi.