MÜXALİF SİYASƏTÇİDƏN HAKİMİYYƏTƏ DƏSTƏK – RƏSMİ BAKI TOPU KİMƏ ÖTÜRDÜ?backend

MÜXALİF SİYASƏTÇİDƏN HAKİMİYYƏTƏ DƏSTƏK – RƏSMİ BAKI TOPU KİMƏ ÖTÜRDÜ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan rəsmilərinin BMT-nin mümayəndələri ilə Şuşaya səfəri, Şuşa qalasında Azərbaycan bayrağı ilə yanaşı BMT-nin simvolunun asılması qonşu ölkənin bəzi çevrələrində isterik hava yaradıb. Sarkisyan və Köçəryana yaxın media Paşinyanı, Ermənistanın Xarici İşlər Nazirliyini hədəfə alıblar, deyirlər ki, XİN niyə BMT rəsmisinin “işğal edimliş ermənilərə məxsus Şuşa şəhərinə” səfər etməsi ilə bağlı rəsmi nota verməyib, bəyanat səsləndirməyib – bəli, o kafalar Şuşamızı “işğal edilmiş erməni şəhəri” adlandırırlar, ağıl babaları Rusiyanın iyrənc təbliğat və yalan maşını kimi işləməyə çalışırlar”. TİA. Az məlumat verir ki, REAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli fikirlərini belə bölüşüb.

Onun sözlərinə görə, Ermənistanda ərzaq təhlükəsizliyi, Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi ilə bağlı hay-küy düşüb. Səbəb tək Rusiyaya qarşı Qərbin boğucu sanksiyaları, Rusiyanın isə hətta “KTMT və Avrasiya Birliyinə” daxil olan öz daimi müttəfiqlərinə belə ərzaq məhsullarının ixrac edilməsinə qadağa qoyması deyil (yeri gəlmişkən, Rusiyanın bu addımı onu deməyə əsas verir ki, Kremlin dostluğu boş söhbətdi, öz maraqları çərçivəsində davranırlar, su boğazlarına çıxanda hətta Lukaşenkonu belə ayaqlarının altına alırlar), daha bir problem odur ki, hava şəraitinə və qar uçqunları ilə əlaqədar Gürcüstan-Rusiya sərhəddi, “Yuxarı Lars” keçidi artıq bir neçə gündür ki, qapadılıb. Onun sözlərinə görə, Rusiyadan Ermənistana yük (əsasən də, ərzaq) daşıyan 400-dən çox TIR Rusiya ərazisində, Ermənistandan Rusiyaya yük aparan 140-a yaxın TIR də Gürcüstan ərazisində qalıb.

Hava şəraitinin nə zaman düzələcəyi, yolun nə zaman açılacağı da məlum deyil, bu isə Rusiyadan bəzi ərzaq növlərindən asılı olan Ermənistanda problemlər yaradıb, Ermənistandan Rusiyaya ixracı da axsadıb və İrəvandan gedən meyvə-tərəvəzin xarab olacağı ehtimalını yaradıb: “Bu son məsələyə niyə diqqət çəkdim: Azərbaycan tərəfi 1,5 ilə yaxındır ki, “Zəngəzur koridorunun” açılmasını təklif edir, ağılla, məntiqlə düşünəndə bu yol Rusiya və Ermənistan üçün hava-su kimi lazımdır: a) Gürcüstandan asılılıq azalır, b) Azərbaycan üzərindən daha sürətli və ucuz dəmir və avtomobil yolu əldə edirdilər. Amma Rusiya və Ermənistan Azərbaycan və Türkiyənin israrını görüb yolun açılması üçün daha absurd və ağır şərtlər irəli sürməyə başladılar.

Rəsmi Bakı isə doğru olanı etdi – Rusiyanın və Ermənistanın gözləmədiyi şəkildə İranla anlaşdı və “Zəngəzur Koridoruna” paralel, nəzərdə tutulan həmin yoldan 5 km aralı yeni infrastrukturla bağlı razılığa gəldilər. İndi top Moskva və İrəvandadır – əgər şərtləri yumşaldıb, ağıl-məntiqlə “Zəngəzur koridoruna” imkan versələr, o yol da çəkiləcək və illərdir Rusiya və Ermənistanın Gürcüstandan tam yol asılılığı aradan qalxa bilər. Zatən Ermənistandan keçəcək “Zəngəzur Koridoru” baş tusa belə ona alternativ, İrandan keçən paralel yollar lazım idi ki, bu məsələdə Rusiya və Ermənistandan asılılıq yaranmasın…”

TİA. Az