Mərkəzi Bank Beynəlxalq Bankın tenderinin qalibi olan şirkətə cərimə yazdıbackend

Mərkəzi Bank Beynəlxalq Bankın tenderinin qalibi olan şirkətə cərimə yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontinent inşaat” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd: Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən əsaslı və cari təmir işlərinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində qalib olan şirkətlərdən biri “Kontinent İnşaat” (1,332,935.79 manat məbləğində müqavilə bağlanılıb) olub.