“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?backend

“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qax Suvarma Sistemləri İdarəsi martın 9-da 2 satınalma müsabiqəsi keçirib.
Qaynarinfo xəbər verir ki, ümumi məbləği 432 min manat olan tenderlərin qalibi Rövşən İsmayıl oğlu Əliyev (VÖEN- 4300406972) olub.
Tenderin şərtlərinə görə, Rövşən Əliyev Qax Suvarma Sistemləri İdarəsinə əsaslı və cari təmir üçün tikinti materialları satacaq.
Rövşən Əliyev ötən il də Qax Suvarma Sistemlərin İdarəsinin keçirdiyi 2 tenderin qalibi olub. Həmin zaman idarəyə satdığı əsaslı və cari təmir üçün nəzərdə tutulan tikinti materiallarına görə Rövşən Əliyevə 475 min manat ödənilib.
 
Maraqlıdır ki, Rövşən Əliyev keçən il 2 tenderin qalibi olsa da, onunla yalnız bir satınalma müqaviləsi bağlanıldığı açıq məlumat mənbələrində əksini tapıb. Həmçinin, 1 il ərzində Suvarma İdarəsinə az qala 1 milyon manat məbləğində material satan Rövşən Əliyevlə bağlı internet resurslarında heç bir məlumat yoxdur…