Kişilərdə neçə sm qarın normal sayılır?backend

Kişilərdə neçə sm qarın normal sayılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kişilərin qatili onların önə çıxan qarınları hesab edilə bilər.
Ürək-damar problemlərinin səbəblərindən başlıcası qarın piylənməsidir.

Tribunainfo.az xəbər verir ki. uroloq Qebriye Mark qarının təhlükəli ölçüsünü açıqlayıb.

” Piylənmə ömrü orta hesabla on il qısaldır. 60 yaşdan sonra itirilən hər əlavə 3 kiloqram ömrün azı 2-3 il uzanmasını təmin edə bilər.
Həkimin qeyd etdiyi kimi, elmi araşdırmalar artıq çəki ilə bütün təhlükəli xəstəliklər arasında əlaqəni təsdiqləyir.
Kişilər üçün bel və qarın dairəsi 94 sm-dən çox artıq problemdir, 102 sm-dən çox böyük problemlər deməkdir.
Beli 102-dən çox olanlarda aşağıdakı xəstəlik və pozulmalar yaranır.
– Şəkər xəstəliyi
– yüksək təzyiq
– damar tıxanması
– Cinsi problemlər;
– oynaq iltihabı
– mədə-bağırsaq xərçəngi
-sonsuzluq
– Prostat və böyrək xərçəngi
-Damar genişlənməsi, varikoz
Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun məlumatına görə, bel çevrəsinin insanın boyunun ölçüsünün yarısından çox olması sağlamlıq riskinin daha böyük olduğunu göstərir. Kişinin boyu 170 sm-dirsə, beli 80 sm-dən, 180 sm 90 sm-dən çox olmamalıdır.