Keçdi xəyalımdan öz gözəl yurdumbackend

Keçdi xəyalımdan öz gözəl yurdum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana olan son səfərindən sonra deyə bilərik ki dünyadakı vəziyyət tamamilə dəyişmişdir.İllərdir səbrsizliklə gözlədiyimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli artıq öz yerini almışdır.Bütün bunlar Azərbaycanın güclü texnikası,Ali baş komandanımızın mühim strategiyası və əsgərlərimizin yenilməz şücaəti əsasında gerçəkləşmişdir.Minsk qrupu hər zaman olduğu kimi məsələnin hərbi həlli olmadığını iddia etsə də,Azərbaycan bu məsələnin həllinin hərbi-siyasi vasitələrlə baş tutacağını bildirdi və nəticəsi ilə seçiminin nə qədər düzgün olduğunu hər kəsə bəyan etdi.Hal-hazırda ölkədə vəziyyət sabitdir.Sülhyaratma əməliyyatları olduqca uğurla irəliləyir.

Prezident İlham Əliyev bildirib:Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.

Ama bir şeyi də yaddan çıxarmaq olmaz.Hansı ki bizə heç bir qurumun,heç bir təşkilatın köməyi olmadan öz əməyimiz,yumruğumuzun gücü sayəsində birləşməyimiz bizim uğurumuza səbəb oldu.Buna görə də biz öz yumruğumuztək birləşə,xəyalımızdan yurdumuzu keçirib dastana dönə bilərik!!

Bağırova Təhminə

Nəsimi rayon gənci