İTV-nin baş direktorluğuna iddialı jurnalist Səbuhi Abbasov kimdir?- FOTOLARbackend

İTV-nin baş direktorluğuna iddialı jurnalist Səbuhi Abbasov kimdir?- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Milli Televiziya və Radio Şurasındanverilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

Gənc namizədlərdən biri də 32 yaşlı internet-media ekspert, peşəkar jurnalist Səbuhi Abbasovdur. Səbuhi Abbasov16 noyabr1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 3 yaşına qədər Göyçə mahalında yaşayıb. Daha sonra ailəlikcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz dədə-baba torpaqlarından köçmək məcburiyyətndə qalıb. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan UniversitetininBeynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olub. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildənYeni Azərbaycan Partiyasının üzvüdür.

Bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarların sədri vəzifələri icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olub. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını təsis edərək 200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirib. Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin”Fəxri Məzun 2007″ diplomuna layiq görülüb. Bir çox xarici ölkələrdə (Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil edib.

2003-2008-ci illərdə “Elçi”, Yeni Azərbaycan”, “Gələcəyin səsi” və digər media qurumlarında çalışıb. 2008-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsini icra edib. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində çalışıb. Hazırda www.7NEWS.azinformasiya portalının baş redaktorudur. 2007-2012-ci illərdə BBC, CNN, TRT, RTR, ORT və bu kimi məşhur telekanallarda təcrübə keçmişdir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Ailəlidir, 3 övladı var. Atası Abbasov Mübariz Tovariş oğlu 1958-ci ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. İxtisasca mühəndis olub. 2015-ci ildə rəhmətə gedib.

Anası Abbasova Qətibə Sədr qızı 1961-cı ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. İxtisasca ingilis-dili müəlliməsi olub. 2014-cü ildə rəhmətə gedib.

E-mail/ abbasov_sebuhi@yahoo.com

Facebook/ Sebuhi Mubarizoglu Abbasov

Twitter/ Sabuhi Abbasov

Linkedin/ Sabuhi Abbasov

TİA.AZ