İtaliyada Yeni il bayramında insanlar evdən bayıra çıxa bilməyəcəklərbackend

İtaliyada Yeni il bayramında insanlar evdən bayıra çıxa bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus bayram tətillərində yüksək sürətlə artır

 İtaliyada koronavirusa yoluxanların sayı durmadan artdığı və ölüm təhlükəsi olduğu üçün Milad və Yeni il ərəfəsində ümumi qapanma tədbirlərinin davam etməsi ilə bağlı qərar verilib.

TİA.AZ BBC Türkcəyə istinadən xəbər verir ki, İtaliyanın baş naziri Cüzeppe Kontenin dünən axşam elan etdiyi “Milad fərmanı” 21 dekabr – 6 yanvar tarixlərini əhatə edən bir sıra yeni tədbirləri özündə əks etdirir. Fərmana əsasən bu tarixlər arasında ölkə daxili səyahətlər qadağan ediləcək.

Ümumi qapanma tədbirləri 24-27 dekabr, 31 dekabr-3 yanvar və 5-6 yanvar tarixlərində həyata keçiriləcək. Bu tətillər zamanı bütün ölkə ən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu “qırmızı zona” elan ediləcək.Bu tarixlərdə restoranlar və barlar bağlanacaq və ya onlayn sifariş formatında fəaliyyət göstərə biləcəklər. Aptek, market, bərbər, iş yerləri və mağazalar kimi bir neçə iş yeri sahəsi istisna olmaqla əksər sahələrin fəaliyyəti dayandırılacaq.

İnsanlar yalnız iş və sağlamlıq səbəbi ilə məcburi olduğu təqdirdə evdən çıxa biləcəklər. İdman fəaliyyətləri tək olmaq şərti ilə açıq havada edilə bilər. Qonaqların məhdudiyyətlər daxilində evlərdə yerləşməsinə icazə veriləcək və ən çox 2 böyük qonaq tətil günlərində evlərdə qəbul edilə bilər.

28-30 dekabr və 4 yanvar tarixlərində tədbirlərin qismən rahatlandığı “narıncı zona” tətbiqi həyata keçiriləcək. Bu müddət ərzində mağazalar yenidən açılacaq və yaşadıqları şəhər daxilində səyahət edən insanlara qoyulan məhdudiyyətlər qaldırılacaq.

Baş nazir Conte, mütəxəssislərə istinadən deyib ki, Milad və Yeni il tətilində virusa yoluxanların sayında artım olacağından çox narahatdırlar və bu səbəbdən də əlavə tədbirlərə çox ehtiyac var. Conte bu tədbirlərdən iqtisadi zərər görəcək restoran və barlara dəstək olmaq üçün 645 milyon avroluq bir paket hazırladıqlarını da bildirib.

Baş nazir koronavirus peyvəndləri sayəsində “bu kabusun sona yaxınlaşdığını” da vurğulayıb. İtaliyada Səhiyyə Nazirliyinin dünən yayımladığı məlumatlara görə, Covid-19 səbəbiylə itkilər ölkədə bir gündə 674 nəfər artaraq 67 min 894-ə çatıb. Xəstə sayı da bir gündə 17 min 992 artaraq 1 milyon 921 min 778-ə çatıb.

Dünyada koronavirusa dair məlumatları toplayan Johns Hopkins Universitetinin hazırladığı cədvələ görə, İtaliya hələ də Avropada pandemiyadan ən çox itki verən ölkədir.

Sevinc,