İsrail, yoxsa İran ordusu daha güclüdür? İki ordunun müqayisəli TƏHLİLİbackend

İsrail, yoxsa İran ordusu daha güclüdür? İki ordunun müqayisəli TƏHLİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanı İran və İsrail arasında potensial eskalasiyanın mümkünlüyü narahat edir. Hər iki ölkə ilə bu və ya digər formada bağlılığı olan və onların biri ilə qonşuluqda yerləşən Azərbaycan üçün bu təhlükə xüsusilə arzuolunmazdır. Kəşfiyyat xarakteri daşıyan qarşılıqlı raket və dron “mübadiləsi”nin getdiyi bir zamanda istər-istəməz hansı ölkənin hərbi baxımdan güclü olması maraq doğurur. Hansı ölkə hərbi baxımdan daha güclüdür?

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Samir Əliyev iki ölkənin orudusunun müqayisəli təhlilini təqdim edib.

Belə ki, 2023-cü il üçün İsrailin müdafiə büdcəsi 19,2 mlrd dollar olduğu halda, İranın müdafiə büdcəsi cəmi 7,4 mlrd dollar olub. İsrailin 169.500 fəal hərbi qulluqçusu var, İranın isə 610.000. Döyüş və hücum təyyarələrinin sayı da fərqlidir. Belə ki, İsrail ordusunun 340 döyüş və hücum təyyarəsi var. Bura dünyanın ən qabaqcıl döyüş təyyarəsi olan 39 ədəd F-35 daxildir. İran ordusunda isə 288 döyüş və hücum təyyarəsi var. Bura isə əsasən 1960-1970-ci illərdə hazırlanmış F-4/F-5 və F-14 təyyarələri daxildir.

İsrailin 46 hücum helikopteri var ki, bura 1990-cı illərin sonlarında hazırlanmış 20 ədəd AH-64D Apaçi daxildir. İranın isə 50 hücum helikopteri var və bura 1970-ci illərdə hazırlanmış AH-1J Kobra helikopteri daxildir.

İsrail ordusunun cəmi 400, İran ordusunun isə 1593 tankı var. Ancaq İsrail ordusundakı tankların əksəriyyəti 2004-cü iləd xidmətə girib, İran ordusundakı tanklar isə 1970-ci illərin əvvəllərinə qədər inkişaf etdirilmiş Sovet dövründən qalma tanklardır.
İsrail ordusunda 790 zirehli maşın var, İran ordusunda isə bu say 1250-dir. İsraildə yedəkli srtilerriya sayı 171-ə çatıb. İranda isə 2030 zirehli maşın var.
İsrail 51 kiçik döyüş gəmisinə sahibdir, İranda isə 200 kiçik döyüş gəmisi var. Həmçinin İsrailin 5, İranın isə cəmi 1 hücum sualtı qayığı var.

Nigar