İş adamı dövlət qurumun qərarından narazıdır – Məhkəmə çəkişməsibackend

İş adamı dövlət qurumun qərarından narazıdır – Məhkəmə çəkişməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İş adamı Anar Məmmədovla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb dövlət xidmətinin iş adamı inzibtai qaydada cərimələsidir.
İş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Anar Məmmədov qurumun qərarından məhkəməyə şikayət edib. Onun şikayətinə Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Aynurə Sadıqovanın icraatındadır.
Anar Məmmədov “By Mammadov” şirkətinin qanuni təmsilçisidir. Şirkət 18 yanvar 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Anar Məmmədovla bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib. Qurum məhkəmədə iş adamının ölkədən çıxışına stop qoyulmasını xahiş edib. Buna səbəb isə “Bay Mammadov” şirkətinin 3700 manat vergi borcunun döənilməməsi olub.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılıb. Hakim dövlət qurumunun iddiasını təmin edib. Anar Məmmədovun apellyasiya şikayəti verib-vermədiyi barədə məlumat yoxdur.
Hazırda “By Mammadov” şirkətinin vergi borcu yoxdur.
Mediada gedən məlumatlara görə, Anar Məmmədov uzun illər bank sektorunda çalışıb. Onun Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin elmi işçisi olduğu, Polis Akademiyasında müəllim işlədiyi bildirilir.
Anar Məmmədov 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 81 saylı Beyləqan seçki dairəsindən namizəd olub.