İranın İsrailə hücumu nələri üzə çıxardı? – Analitik açıqladıbackend

İranın İsrailə hücumu nələri üzə çıxardı? – Analitik açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın gecə əməliyyatından bu nəticəyə gəlmək olar ki, İran hansısa dini fanatiklər tərəfindən yox, tamamilə praqmatik və ayıq hesablamalarla hərəkət edən zehniyyət tərfindən idarə olunur. Həmçinin İran hərbi gücünü nə qədər artırsa da, hələ ki İsraillə savaşda onu üstələyəcək qüdrətə çatmayıb. İran və ABŞ-ın bu sahədə müqayisəsi isə gərəksiz və gülünc işdir.

Tribunainfo.az yazır ki, siyasi analitik Şahin Cəfərli bu barədə danışıb. O qeyd edib ki, ABŞ İsrailə göstərdiyi dəstəyin heç bir faizini Ukraynaya göstərməyib:“ABŞ Ukraynaya hərbi dəstək siyasətində öz imkanlarının çox-çox altında addımlar atır. ABŞ nəinki Ukrayna ordusunun atəş gücünü yüksəldəcək silahlar, hətta sırf müdafiə xarakterli (məsələn, hava-raket hücumundan müdafiə) sistemləri belə Ukraynaya verməkdən imtina edir. Rusiyanın Ukraynada məğlub edilməsi üçün əlində bütün imkanlar olduğu halda, ABŞ bir çox səbəbdən hələ ki belə bir nəticədə maraqlı deyil. Ukraynada guya NATO-Rusiya müharibəsi getdiyi barədə fikirlər tamamilə uydurmadır.

İki ildən çoxdur kənardan aldığı cüzi yardımlarla müqavimət göstərən Ukrayna ilə bacarmayan Rusiyanın konvensional hərb sahəsində NATO-nun qarşısında dayanacaq gücü və potensialı yoxdur”.

Nigar