İran prezidenti xəbərdarlıq etdibackend

İran prezidenti xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin atəşə tutulmasına cavab olaraq İsrail ərazisinə bu yaxınlarda endirilən zərbə fonunda İran prezidenti İbrahim Rəisi bildirib ki, bundan sonra İslam respublikasının maraqlarına qarşı hər hansı addımlar “dəhşətli cavabla qarşılanacaq”.

Tribunainfo.az Tass-a istinadən xəbər verir ki, “Təcavüzkarın cəzalandırılması əməliyyatı” uğurla həyata keçirilib. Biz indi qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılaşacaq”, – o, telefonla Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə söhbətində bildirib.