İlk rəsmi defolt Rusiya dəmiryollarında baş verdibackend

İlk rəsmi defolt Rusiya dəmiryollarında baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Ukraynada başlatdığı müharibədən bu yana ilk dəfə Rusiya şirkətinin rəsmi şəkildə defolt olduğu açıqlanıb.
Qaynarinfo “El Pais” qəzetinin məlumatına istinadla xəbər verir ki, Rusiya dövlətinə məxsus Dəmiryolları mart ayında ödəməli olduğu 268 milyon dollar borcunu verə bilmədiyinə görə beynəlxalq maliyə komitəsi Beynəlxalq Svop və Derivativlər Assosasiyası şirkətin defolt olduğunu bildirib.
Qərar Beynəlxalq komitənin Kredit Derivativlərinin Müəyyənləşdirilməsi Komitəsi tərəfindən verilib. Komitə bildirib ki, kreditin ödəniləməsi baş verib.
Rusiya dəmiryol şirkəti öhdəliyini yerinə yetirdiyini, ancaq sanksiyalara görə ödənişin bloklandığını və buna görə də maliyyənin kreditorlara çatmadığını bildirib. Eyni səbəbə görə Rusiyanın digər şirkəti EuroChem də texniki defoltla üzləşib.
Amerika Rusiyaya borclarını ödəməsi üçün ABŞ maliyyə institutlarındakı hesablarından dollarla ödəmə etməsini bloklayandan sonra Rusiya hökuməti də teniki defolta uğrayıb.