İlham Əliyevlə Paşinyan arasında daha bir görüş keçirilə bilər – KİVbackend

İlham Əliyevlə Paşinyan arasında daha bir görüş keçirilə bilər – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tuta bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri XİN-dəki mənbəyə istinadən məlumat yayıb. İddia olunub ki, Azərbaycan və Ermənistan liderləri yenidən Rusiyada görüşə bilərlər. Görüşün bu ilin sonunadək baş tutması gözlənilir.
“Əgər bu görüş baş tutarsa, çox güman ki, ümumiləşdirici xarakter daşıyacaq. İlkin məlumata görə, yeni görüş geniş tərkibdə keçiriləcək, dövlət başçıları ilə yanaşı iclasda həmçinin üçtərəfli komissiyanın üzvləri – baş nazir müavinləri Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev, həmçinin müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər”, deyə məlumatda qeyd olunub.