İki qurumun məhkəmə davası başladıbackend

İki qurumun məhkəmə davası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, dövlət xidməti ilə bağlı məhkəmədə iddianı Azərbaycan Dəmir Yolları QSC qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətsizliyi ilə əlaqədar mübahisələrdir. Tərəflər arasında məhkəməlik olan digər səbəblər isə açıqlanmır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin işinə 19 aprel tarixində Ali Məhkəmədə hakim Səyyad Kərimovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar