“İdlib milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır” – Ərdoğanın Tehran çıxışıbackend

“İdlib milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır” – Ərdoğanın Tehran çıxışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz Suriya ilə bağlı Tehran sammitində Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan da iştirak edib.

Sfera.az xəbər verir ki, Ərdoğan çıxışında prosesin çox riskli hal aldığını, Türkiyənin milyonlarla qaçqının axınına məruz qalacağını bildirib:

“Bu gün atəşkəs zonalarından sadəcə İdlib qalıb. Suriyanın gələcəyi üçün deyil, bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyətə malikdir. Regionda inşa etdiyimiz 12 nəzarət postu da həyati təhlükəsizliyi təmin edir. Öz xalqına qarşı qırğın törətməyi Əsəd hakimiyyətinin öhdəsinə buraxa bilmərik. Proses çox riskli yerə gəlib.

İdlibə edilə hücumlar fəlakət, qırğın və dram ilə yekunlaşacaq. İdlibdə mülki əhaliyə hücum çox ciddi itkiyə səbəb olacaq, milyonlarla qaçqın torpaqlarımıza sığınacaq. Təhlükəsizlik qayğılarını əlbəttə, başa düşürük. Oxşar qayğıları sizin qədər biz də anlayırıq. Terrorçulara qarşı mübarizə zaman və səbir amillərinə ehtiyacımız var. İdlibin qan gölünə çevrilməsini əsla istəmirik. Siz dostlarımızın köməyini gözləyirik”.

Ərdoğan çıxışında ABŞ-ın terror təşkilatlarını dəstəkləməsindən şikayətlənib:

“Bizlər diqqətimizi İdlibdə cəmləşdirərkən, dünyanın gözü burada ikən Fərat çayının şərqində təhlükəli hadisələr baş verir. İŞİD təhlükəsinin qalmamasına baxmayaraq, ABŞ-ın başqa bir terror təşkilatını dəstəkləməsindən narahatıq. 3 minə yaxın karqo təyyarəsini regiona göndərməsi, yardımlar etməsi  terror təşkilatının niyə gücləndiyini göstərdi. Bu vəziyyət sadəcə milli təhlükəsizliyimizi pozmur, Suriyanın ərazi bütövlüyünü də pozur. Birgə mövqe göstərməliyik”.

Ərdoğan İdlibdəki bombardmanların dayandırılmasını, atəşkəsə ehtiyac olduğunu bildirib.

Görüşün sonunda 12 maddəlik Tehran bəyannaməsinin açıqlanacağını deyən Türkiyə prezidenti növbəti sülh sammitinin Rusiyada keçiriləcəyini bildirib.