İdarəetmədə yeni mərhələ: “Bu qurum müasir tələblərə cavab vermir”-QHT sədribackend

İdarəetmədə yeni mərhələ: “Bu qurum müasir tələblərə cavab vermir”-QHT sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib. Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.
Ekspertlər hesab edir ki, Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi yerli idarəetmədə əsas rolu oynaya bilər.

Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov TİA.AZ-a açıqlamasında deyib ki, rayonlar üzrə nümayəndə və müavin postunun yaradılması artıq bu o deməkdir ki, ölkə prezdenti islahatların davamlı olaraq aparılmasında israrlıdır: “Düşünürəm kı, bu islahatlar və kadrların yenilənməsi dövlətimiz üçün xeyirlı olacaq.

Ölkə prezidentinin bu istiqamətdə atdığı addımlar müdafiə olunmalıdır. Fürsətdən istifadə edib onu deyə bilərəm ki, həmin vəzifəyə təyinatlarda dövlətə bağlı müxalif mövqeli kadrlardan da istifadə edilməsi cəmiyyətimiz üçün çox xeyirlı olardı. Belə olarsa içtimai nəzarət güclənər”.

Əli Cəfərovun fikrincə, rayonların idarə olunmasında və əhali ilə sıx təmasların qurulmasında nümayəndəlık institutnun rolu əvəzedilməzdir. Getdikcə İcra hakimiyyətlərinə ehtiyac qalmayacaq. Günki İcra hakimiyyətı artıq köhnəlib və effektli fəaliyyət göstərə bilmir. Bu qurum artıq müasir tələblərə cavab vermir”.