Hoteldə zəhərlənərək ölən Kənanın görüntüsü – VİDEObackend

Hoteldə zəhərlənərək ölən Kənanın görüntüsü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

2 nəfərin – 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin – 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verdiyi bildirilir.

Oteldə zəhərlənən 4 dostdan Kənan və Orxan dünyasını dəyişib. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

Faciəli şəkildə ölən gəncin görüntüsünü təqdim edirik./Shownews.az