Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.
TİA.AZ FHN-ə istinadən xəbər verir ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub.
Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.