Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldubackend

Hadı Rəcəblinin ölüm səbəbi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
Bunu “Report”a açıqlamasında məhrum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzə Pir məscidində baş tutacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.